DÜNYA

Daxili işlər nazirinin oğlunu elektron qolbağ daşımağa məcbur etdilər — Məhkəmə qərarı

Kiyevin Solomenskiy rayon məhkəməsi Ukraynanın daxili işlər naziri Arsen Avakovun oğlu Aleksandrı elektron qolbağ daşımağa məcbur etmək barədə qərar qəbul edib.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə Facebook-dakı səhifəsində ö üzü status paylaşıb.

«Hər şey qanuna uyğundur və mən məhz qanun çərçivəsində elan olunan ittihamların cəfəngiyyat olduğunu sübut edəcəyəm», — deyə o vurğulayıb və ayağında qolbağ olan şəklini yazdıqlarına əlavə edib.

Xatırladaq ki, nazirin oğlu Aleksandr Avakovun adı Milli Qvardiya üçün bel çantalarının alınması zamanı maxinasiyaya yol verilməsi işində hallanır. A. Avakov oktyabrın 31-də Milli Antikorrupsiya Bürosunun əməkdaşları tərəfindən saxlanılıb. Lakin məhkəmə onun barəsində həbs yox, məcburi qolbağ daşımaq qərarı verib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu hadisə ilə bağlı noyabrın 2-də Arsen Avakovun işdən azad edilməsinə dair Ali Radada 2 qərar layihəsi qeydiyyatdan keçmişdi. Ancaq Rada daxili işlər naziri A.Avakovun vəzifəsindən uzaqlaşdırılmasına dair təklifi qəbul etməyib.

Yerli mənbələr yazır ki, müvafiq qərar layihəsini yalnız 31 deputat dəstəkləyib. Əleyhinə 102 deputat səs verib, 56 nəfər bitərəf qalıb,108 nəfər isə səsvermədə iştirak etməyib. Halbuki hansısa qərar və ya qanun layihəsinin qəbulu üçün azı 226 səs lazımdır.

Müzakirə zamanı Arsen Avakov zalda olmayıb.

Paylaş:
Загрузка...