DÜNYA

Din xadimindən inanılmaz açıqlama: «Kişilər qeyri-qanuni doğulan qız uşaqları ilə evlənə bilər»

Din aliminin açıqlamaları sosial mediada birmənalı qarşılanmayıb.

GoldNews.Az xəbər verir ki, misirli din xadimi müsəlman kişilərin qeyri-qanuni doğulan qız uşaqları ilə ailə qura biləcəklərini söyləyib.

Misirin Əl-Əzhər Universitetində müəllim işləyən sələfi din xadimi Mazen əl-Sersawi qeyri-qanuni doğulan qız uşaqlarının atalarının soy adlarını daşımadıqlarını bildirərək, «Şəriətə görə qeyri-qanuni doğulan qız uşağı o kişinin qızı deyil və ona aid edilməz» deyib.

Sosial mediada sərt reaksiya ilə qarşılanan açıqlamada Mazen Əl-Sersawi uşaqlara bir zərər verilmədikcə, evlənmələrinin yanlış olmadığını və şəriətdə qız uşaqlarına evlilik üçün yaş verilmədiyini deyib.

Paylaş:
Загрузка...