DÜNYA

Dünyanın ən bahalı viskisi saxta çıxdı

Çinli milyonçu Çjan Veyin İsveçrənin “Waldhaus Am See” hotelində sifariş verdiyi şotland viskisi saxta çıxıb.

Oxu.Az-ın xəbərinə görə, biznesmen içkiyə görə 10 min İsveçrə frankı (16779 manat) ödəyib ki, bu da tarixdə viskiyə görə ödənilən ən böyük məbləğ olub.

Viskinin baha qiymətə satılması ekspertlərin diqqətini çəkib və onlar içkinin saxta olduğu müəyyən ediblər. Belə ki, içki 1878-ci ilin viskisi kimi təqdim olunub, lakin mütəxəssislər müəyyən ediblər ki, o, 1970-ci ildən tez hazırlanmayıb. Bundan əlavə viskinin bir neçə spirtli içkinin qarışığından hazırlandığı məlum olub.

Hotelin meneceri Sandro Bernaskoninin sözlərinə görə, viskini onun atası 25 il əvvəl almışdı və o, satış üçün nəzərdə tutulmamışdı:

“Milyonçunun bahalı içkini dadmaq istəyi böyük idi. Mən atama zəng vurdum, və o dedi ki, biz belə müştərini hələ çox gözləyə bilərik, ona görə də mən içkini satmalıyam”.

Hotel rəhbərliyi müştəriyə dəyən ziyan tamamilə ödənilib. Viskinin saxta olmasını öyrənən Çjan Vey isə hotel rəhbərliyinə qonaqpərvərlik və səmimiyyətə görə təşəkkürünü bildirib.

Paylaş:
Загрузка...