DÜNYA

Dünyanın ən uzun asma piyada körpüsü AÇILDI

İsveçrədə dünyanın ən uzun asma piyada körpüsü açılıb.

Unikal.org-un məlumatına görə, körpünün uzunluğu 500 metrdir. Asma körpü 85 metr yüksəklikdədir.

İki vadi arasındakı 3-4 saatlıq məsafəni 10 dəqiqəyə endirən piyada körpüsü sallanmaya və titrəyişə qarşı davamlıdır.

Bu körpü dünyada ən uzun körpü olsa da, ən yüksəklikdə yerləşəni deyil. Avstriyada uzunluğu 405 metr olan asma piyada körpüsü 110 metr yüksəklikdə yerləşir.

Paylaş:
Загрузка...