DÜNYA

Dünyaya səs salan sui-qəsdi görüntüləyən fotoqraf: «Mustafa Kamal mənimlə idi»

«»İndi qaçsan, canını qurtarsacaqsan. Amma qaçma. Sən jurnalistsən. Bu sənin məsuliyyətindir. Sakit şəkildə, ümidlə işini gör» dedim öz özümə. Bütün yaxşı jurnalistlər, anam, atam, Mustafa Kamal, müəllimlərim — hamısı o gün mənimlə idi. Mən bunu etməklə pis jurnalistlərə “iş belə görülür” demək istəyirdim. Böyük ehtimalla ağır yaralanardım, ya da ölərdim. Ancaq ən azından boş yerə ölməmiş olacaqdım”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsdini görüntüləyən fotoqraf Burhan Özbilici “Amerikanın səsi” qəzetinə verdiyi müsahibəsində deyib.

Çəkdiyi sui-qəsd fotosu ilə “World Press Photo” mükafatını və “ilin fotoqrafı” adını qazanan B.Özbilici ilk dəfə sui-qəsd zamanı yaşadıqları hissləri bölüşüb:

“Mənim üçün önəmli olan işimi görmək idi. Yaxşı jurnalistika, özəlliklə, insanlıq baxımından, doğrudan önəmlidir. Hadisə çox ağır idi. Bu Suriya tragediyasının vəhşətini, müharibənin çirkinliyini, ölən on minlərlə məsum uşağı, yüz minlərlə günahsız insanı, pişik, it, təbiət və canlıları, yox edilən mədəniyyətləri, heyrətamiz bir sivilizasiyanın yox edilişini xatıladacaq qədər qorxunc idi. Jurnalist olaraq orada qalıb, o fotoları çəkməli idim. Qorxsaydım, foto çəkmədən getsəydim, özümlə qürur duymazdım”.

Paylaş:
Загрузка...