DÜNYA

Eks-prezidentin ailəsinə qadağa — Ölkədən çıxa bilməyəcəklər

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi ailəsindən 4 nəfərin ölkə xaricinə çıxışına qadağa qoyulduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Faizə Haşimi atasının ölümündən sonra onlara normal münasibət göstərilmədiyini də deyib:

“Atamın ölümündən sonra bir çox problemlə üzləşdik. Guya xarici ölkə vətəndaşlığı almağa çalışdığım iddiası ilə evimə hücum etdilər. İndi də bu qadağaları başa düşə bilmirəm”.

Qeyd edək ki, Rəfsəncani ürək xəstəliyindən 8 yanvar 2017-ci ildə 82 yaşında vəfat edib.

Paylaş:
Загрузка...