DÜNYA

Erməni general özünü biabır etdi

Ermənistanın siyası elitası, general-leytenant Manvel Qriqoryanı hər il təmtaraqlı şəkildə ad günü keçirdiyinə görə kəskin qınayıb.

«Panorama» erməni mətbuatına istinadən xəbər verir ki, «Yerkrapa» Ermənistan Könüllülər İttifaqının sədri, parlamentin deputatı, general-leytenant Manvel Qriqoryan bu gün 61 yaşının tamam olması münasibətilə təntənəli şəkildə ziyafət təşkil edəcək.

İrates qəzetinin yazdığı məlumata görə, general hər il doğum günü belə keçirir:

«Hər il doğum günündə bütün siyasi elitanı dəvət edir. Bu ildə eyni proses təkrarlanacaq. Artıq bu vəziyyətdən çoxları şikayət edirlər: «Bilmək istəyirik ki, o bu qədər insanı niyə dəvət edir? Hədiyyə toplamaq üçün?» — deyə nəşr qeyd edir.

Paylaş:
Загрузка...