DÜNYA

Ermənistan Çindən bu hərbi avadanlıqları alacaq – MÜDAFİƏ NAZİRİ AÇIQLADI

Ermənistanın müdafiə naziri Vigen Sarksiyan Çinin Ermənistan müdafiəsi üçün ayırdığı 1.5 milyon ABŞ dollar vəsaitə (10 milyon yuan) hansı silah və texnikanı alacaqlarını açıqlayıb.

“AzeriDefence”nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Vigen Sarkisyan televizyaya müsahibəsində bildirib ki, Çin Ermənistanın müdafiə sahəsinə 10 milyon yuan məbləğində (1,5 milyon dollardan çox) yardım ayırıb.

“Bu vəsaitdən silah texnika alınmasında istifadə olunacaq. Çünki beynəlxalq qaydalar bunu tələb edir. Müşahidə cihazları, rabitə vasitələri, çoxsaylı köməkçi qurğulara qədər hərb işinin təşkili üçün lazım olan vasitələr alınacaq. Çox təfərrüatlara varmadan qeyd edim ki, biz bu yardımdan qəbul edilmiş qaydalara riayət edərək yararlanmağa çalışacayıq”, – deyə V.Sarkisyan əlavə edib.

 

Paylaş:
Загрузка...