DÜNYA

Ermənistanda yezidilərin yas mərasimi gülləbaran edildi: ölənlər və yaralananlar var

Xəbər verdiyimiz kimi, Ermənistanın Araqatsotn vilayətində naməlum şəxs əsasən yezidi kürdlərinin yaşadığı Şamiram kəndinin qəbiristanlığında yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş zala daxil olaraq mərasim iştirakçılarını gülləbaran edib.

Virtualaz.org yayılan son məlumatlara istinadən bildirir ki, insident nəticədə 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin hamısı kişilərdir.

Yaralıların müalicə olunduğu xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

Polis hadisə ilə bağlı Armavir vilayətinin 50 yaşlı sakini Telman Kalaşyanı axtarır.

*   *   *12:46

Ermənistanın Araqatsotn vilayətində naməlum şəxs Şamiram kəndinin qəbiristanlığında yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş zala daxil olaraq mərasim iştirakçılarını gülləbaran edib.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Qeyd olunur ki, Şamiram kəndinin əhalisi yezidilərdən ibarətdir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Hazırda polis şübhəlinin axtarışı ilə məşğuldur. Təfərrüatlar bildirilmir.

Paylaş:
Загрузка...