DÜNYA

Ermənistanın baş naziri istefa ilə bağlı xəbərləri təkzib etdi

Ermənistanın Baş naziri Karen Karapetyan bəyan edib ki, istefa barədə ərizə verməyib.

«Panorama»nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, K.Karapetyan mətbuatda prezident Serj Sarksiyanla bağlı münasibətlərinin gərgin olması ilə bağlı yayılanların doğru olmadığını bildirib. Və bu haqda yayılan məlumatları təkzib edib. O vurğulayıb ki, bilmirəm bu məlumatları qəzetlər hardan yazıb.

Prezidentlə münasibətiniz necədir? sualına baş nazir qısa cavab verib: «Çox yaxşıdı».

Onun sözlərinə görə, nazirlərin təyinatında heç bir fikir ayrılığı olmayıb.

Paylaş:
Загрузка...