DÜNYA

«Exo Moskvı» radiostansiyasına hücum — Aparıcı boğazından yaralandı

Rusiya paytaxtında naməlum kişi «Exo Moskvı» radiostansiyasına hücum edib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, nəticədə radionun xanım aparıcısı Tatyana Felqenhauer yaralanıb.

«Radiostansiyaya bıçaqla soxulan kişi xanım aparıcı Tatyana Felqenhaueri bıçaqla boğazından yaralayıb. Aparıcı xəstəxanaya çatdırılıb, ona kateter  qoyulub», — radiostansiyanın baş redaktoru Aleksey Venediktov bildirib.

Artıq hücum edən şəxs artıq saxlanılıb və polisə təhvil verilib.

Aparıcının həyati təhlükəsinin olmadığı bildirilir.

Paylaş:
Загрузка...