DÜNYA

Fətullah Güləni kim himayə edir? — Sabiq FTB agentindən ŞOK İDDİA

Sabiq FTB əməkdaşı Sibel Edmonds şok iddia ilə çıxış edib.

«Ölkə.Az» xəbər verir ki, Sibelin sözlərinə əsasən, Fətullah Gülənin arxasında sabiq FTB direktoru Robert Müller dayanır.

Sibel Edmonds 11 sentyabr hücumları barədə FTB-nin məlumatlı olsa da, qarşısını ala bilmədiyi üçün işindən məhrum edilib. Bundan sonra müstəqil jurnalistikaya atılan Sibel şok iddialarla gündəmi zəbt edir.

Edmonds Fətullah Gülənin ABŞ-a yerləşməsi və mühafizə edilməsi məsələsində MKİ və FTB-nin ortaq hərəkət etdiyini bildirib. Sibel qeyd edir ki, Güləni Müllər şəxsən özü qoruyur və haqqındakı ittihamları bərtəraf edir.

Paylaş:
Загрузка...