DÜNYA

«Fendi» prezidentini itirdi

Dünya daha bir məşhur modelyeri itirdi.

İstiPress-in məlumatına görə, «Fendi» moda evinin rəhbəri olan modelyer Karla Fendi ömrünün 81-ci ilində dünyasını dəyişib. Məşhur Romada keçinib.

İtaliya mətbuatının məlumatına görə, o bir neçə gün öncə ağciyərlərindəki soyuqlamadan müalicə aldığı xəstəxanadan çıxaraq Romadakı malikanəsinə qayıtmışdı.

Modelyer 5 bacıdan dördüncü olub. O, son günlərinə kimi «Fendi» moda evinin fəxri prezidenti olub.

Fendi bacılarının və alman dizayner Karl Leqerfeldin səyləri nəticəsində «Fendi» moda evi dünyanın ən aparıcı brendlərindən birinə çevrilib. 90-cı illərin sonlarında «Fendi» LVMH (Louis Vuitton Moet Hennessy S.A) qrupunun tərkibinə daxil olub. Bundan sonra K.Fendi özünü xeyriyyəçilik işlərinə həsr edib.

Paylaş:
Загрузка...