DÜNYA

“Forbes” ən çox qazanan diceylərin adlarını açıqladı

“Forbes” jurnalı 2017-ci ilin ən çox qazanan diceylərinin adlarını açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, artıq beşinci dəfədir ki, birinci Kelvin Harris qazanır.O, il ərzində 48,5 milyon dollar gəlir əldə edib.

İkinci yerdə Tiyesto (39 milyon dollar), üçüncü pillədə “The Chainsmokers” (Endryu Taqqart və Aleks Poll – 38 milyon dollar) qərarlaşıb.

Siyahıda dördüncü “Skrillex” kimi tanınan Sonni Con Murdur (30 milyon dollar).

Beçinci və altıncı yerləri Stiv Aoki (29,5 milyon dollar) ilə “Diplo” ləqəbi ilə məşhurlaşan Tomas Uesli Pents (28,5 milyon dollar) bölüşdürürlər.

Devid Qetta 25 milyon dollar gəlir ilə siyahıda yeddinci olub.

“Marshmello” 21 milyon dollar qazanc ilə səkkizinci yeri tutur.

Siyahının doqquz və onuncu pilləsini Martin Qarriks (19,5 milyon) ilə“Zedd” kimi populyarlıq qazanan Anton Zaslavski (19 milyon dollar) tutur.

Paylaş:
Загрузка...