Övlad anasını canlı yayımda ifşa edib.

GoldNews.Az xəbər verir ki, Türkiyənin «ATV» kanalında yayımlanan «Esra Erol» proqramına canlı yayıma bağlanan Hakkı İyi adlı şəxsin etirafı damğa vurub.

Adana Meydan Xəstəxanası qalmaqalında dəhşətli hadisələr baş verib. Bioloji ailəsini tapmaq üçün Esra Erola müraciət edən Mülkiye Mələyin Meydan xəstəxanasının əməkdaşı Ümmü İyi tərəfindən övladlıq verildiyi ortaya çıxıb.

Bu hadisədən sonra yayıma bağlanan xəstəxana əməkdaşı Ümmü İyinin oğlu Hakkı İyi anasını canlı yayımda ifşa edib.

Anasının 89-90-cı illərdə doğum evindən gətirdiyi uşağı gözünün önündə başqasına verdiyini bildirən Hakkı İyi «Anam həyatdadır və yaşayır, 1979- 1993 illəri arasında Adana Meydan Xəstəxanasında fəaliyyət göstərib. O zamanlar anam daxil olmaqla hər kəs doğum evindən götürdükləri uşaqları övladlıq verirdi. Mən bunun dəfələrcə şahid oldum. Komandada bir çox adam vardı. Hər kəs uşaq alveri ilə məşğul olurdu. Hətta 89-90-ci illərdə doğum evindən gətirdiyi uşağı gözümün önündə birinə verdiyini gördüm» deyib.