DÜNYA

Günün ən qəribə olayı: 13 nəfər gəlinlikdən ZƏHƏRLƏNDİ

Türkiyənin Uğla bölgəsində yerləşən geyim mağazalarının birində kütləvi zəhərlənmə qeydə alınıb.
Publika.az xəbər verir ki, geyim mağazasına kuryer tərəfindən gətirilən, içərisində gəlinlik olan qutudan ətrafa yayılan qoxu insanları narahat edib.
Üzəri islaq olan qutunun içərisindən gəlinliyi çıxartmağa çalışan mağaza işçiləri ətrafa yayılan naməlum qoxudan zəhərləniblər.
İçərisində mağaza işçiləri də olmaqla 9 nəfər qusma, ürəkbulanma halsızlıq kimi simtomlarla xəstəxanaya yerləşdirilib.
Gəlinlik və digər geyimlərin olduğu qutular Gigiyena mərkəzindən hadisə yerinə gələn xüsusi geyimli nümayəndələr tərəfindən bağlanılaraq araşdırma üçün Gigiyena İnstitutunda göndərilib.
Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərə ilkin yardım göstərən 4 tibb işçisi də zəhərlənib.
İlkin olaraq zəhərlənməyə səbəb qutu üzərindəki naməlum maye halındakı maddə olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.

Paylaş:
Загрузка...