DÜNYA

Həbsxanada kütləvi dava — 7 nəfər ÖLDÜ

ABŞ-da həbsxanada məhbuslar arasında kütləvi dava olub.

Unikal.org-un xəbərinə görə, ABC telekanalına açıqlama verən «Lee Correctional İnstitute» cəzaçəkmə müəssisəsinin nümayəndəsi Ceffa Taylon bildirib ki, kütləvi dava bazar günü axşam saatlarından başlayıb, bazar ertəsi ştatın hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə dayandırılıb.

Kütləvi dava nəticəsində 7 nəfər ölüb, 17 məhbus xəsarət alıb. Həbsxana əməkdaşları arasında zərərçəkən olmayıb.

Qeyd edək ki, sözügedən həbsxanada ağır cinayətlərə görə məhkum edilmiş 1,5 min məhbus saxlanılır.

Paylaş:
Загрузка...