DÜNYA Xüsusi

Hitlerin ən qorxulu düşməni Stalin deyil, BU ŞƏXS İMİŞ

Ötən əsrin 30-cu illərində Rusiyanın Vladimir şəhərindən paytaxt Moskvaya 17 yaşlı bir gənc gəldi.

Panorama.az bildirir ki, Yuriy Levitan adlı bu şəxs qəti qərara alır ki, tanınmış kinoaktyor olsun. Lakin onun kəndli ləhcəsi komissiyanı güldürür və aktyorluq arzusundan imtina etməli olur. Sonra Yuriy təsadüfən diktor kursu barədə elan görür və Radiokomitəyə yollanır. FaktXəbər-in verdiyi məlumata görə, burada onun bəxti daha çox gətirir. Yüngülcə ləhcəsinə baxmayaraq, onun çox güclü səsi var idi. Bu səbəbdən o, praktikant qrupuna daxil olur. Bir gün axşam Yuriy Levitan «Pravda» qəzetindən bir məqalə oxuyurdu. Gecələr işləyən və radioqəbuledicisi daim açıq olan Stalin onun səsini eşidir və dərhal Radiokomitənin sədrinə zəng edərək bəyan edir ki, XVII qurultayda onun nitqinin məhz bu adam oxumalıdır. Beləliklə, 19 yaşlı gənc Sovet İttifaqının diktoruna çevrilir.

Böyük Vətən müharibəsi dövründə məhz Levitan İnformbüronun məlumatlarını oxuyurdu. Onun səsi Sovet İttifaqının hər bir sakininə tanış idi. İnsanlar cəbhədən olan son məlumatlarını onun səsindən dinləyirdilər.

Bu səbəbdən marşal Konstantin Rokossovskiy demişdi: «Levitanın səsi bir diviziyaya bərabərdir».

Lakin Yuriy Levitan təkcə Sovet İttifaqında tanınmırdı. Hitlerin özü bəyan etmişdi ki, Levitan onun bir nömrəli düşmənidir. Ən qorxulu düşmənlər siyahısında ikinci yerdə Stalinin adı gəlirdi…

Hitler söz vermişdi ki, alman qoşunları Moskvaya daxil olan kimi ilk işi Levitanı asmaq olacaq. FaktXəbər-in verdiyi məlumata görə, faşist xüsusi xidmət orqanları Levitanın məhvi üçün xüsusi plan hazırlamışdı, onun başı üçün isə külli miqdarda pul qoyulmuşdu. Müxtəlif mənbələrdə mükafatın dəyəri 100-250 min alman markası olduğu deyilir.

Deyirlər hətta Gebbels özü diktorun oğurlanması planını hazırlayıbmış. Faşist təbliğatçıları Berlində Moskvanın məğlub olduğu barədə məlumatı məhz Levitanın verməsini arzulayırdılar.

Qeyd edək ki, Levitan xüsusi qorunurdu. Hətta onun fotoları heç yerdə dərc olunmurdu. «Ölkənin baş diktatorunun» xarici görünüşü hər kəs üçün sirr idi.

Qeyd edək ki, 1941-ci ilin payızından etibarən Levitan Moskvada deyil, Sverlovskda işləyirdi, 1943-cü ildlə isə Kuybışevə köçürülür. O zamanlar paytaxtan informasiya və xəbərlər ötürmək qeyri-mümkün idi. Hitler aviasiyası üçün oriyentasiya obyekti olduğundan bütün tele qüllələr sökülmüşdü.

Müharibə hələ təzə-təzə başlayanda, Levitan hələ Moskvada olarkən alman aviabombası Radiokomitənin həyətinə düşər, ancaq partlamır. Alman radiosu dərhal diktor Levitanın öldüyü barədə məlumat yayır. Ancaq artıq 15 dəqiqədən sonra efirdə Yuriy Borisoviçin səsi eşidilir.

«Məxfilik rejiminə» görə, zabit kuryerin gətirdiyi məktub konvertləri ancaq düz efirə çıxanda açmaq lazım idi. Bu səbəbdən Levitan məktubu oxuyarkən kiçik bir biclik işlədir: FaktXəbər-in verdiyi məlumata görə, ilk kəlməni deyirdi, bundan sonra bilərəkdən sözləri uzadırdı, bu müddətdə isə mətnə tez göz gəzdirərək söhbətin mənfi və ya müsbət yöndə dəyişəcəyini anlayaraq, səsinə vəziyyətə uyğun ton verirdi.

Bir gün Stalindən soruşurlar: «Müharibə nə vaxt qurtaracaq?». O deyir: «Levitan elan edəndə».

Stalinin dediyi həyata keçir: Qələbə barədə 369-cu məlumatla əmri məhz Yuriy Borisoviç Levitan oxuyur.

Panorama.az

Paylaş:
Загрузка...