DÜNYA

İran Kürdüstanla aviarabitəni kəsdi

İran və İraq Kürdüstanı arasında aviarabitə Bağdadın tələbi ilə müvəqqəti dayandırılıb.

Virtualaz.org-un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən Fars News məlumat yayıb.

Xatırladaq ki, 25 sentyabrda Kürdüstanda müstəqillik haqqında referendum planlaşdırılıb. Bağdad və dünyanın bir çox ölkələri qəti surətdə ona qarşı çıxır.

Rəsmi Tehran isə əvvəlcədən bildirmişdi ki plebisitin keçirilməsi və kürdlərin ayrılması İraqla təhlükəsizlik üzrə bütün razılaşmaları avtomatik ləğv edəcək və regionla sərhədin bağlanmasına gətirib çıxaracaq.

Paylaş:
Загрузка...