DÜNYA

İranı hədələyən prezidenti peşman etdilər — «O qədər gücü yoxdur»

Avropa Şurası İranı dəstəklyib

ABŞ prezidenti Donald Trampın İranla əldə edilən nüvə razılaşmasından çəkilmək haqqında bəyanatı dünyada ciddi narahatalığa səbəb olub.

İstiPress-in məlumatına görə, İranın ABŞ-a lazım olan hörməti göstərmədiyini iddia edən Tramp bu ölkəyə qarşı ötən gün yeni sanksiyaların qəbul edildiyini açıqlamışdı.

Avropa Şurası isə supergücün liderinin bu açıqlamasının cavabını anındaca verib. Qurumun xarici siyasət komissarı Federika Moqerini dünya ictimaiyyətinin İranın nüvə proqramı ilə bağlı razılaşmaya yenidən baxmaq niyyətində olmadığını açıqlayıb.

O, qeyd edib ki, bu razılaşma təktərəfli deyil və hər hansı bir ölkənin özbaşına onu ləğv etmək kimi bir səlahiyyəti yoxdur. Trampın açıqlamalarından sonra mətbuat konfransı keçirən Moqerini deyib ki, İranla imzalanan müqavilə zəmanətlər və güclü izlənmə mexanizminə malikdir. Yəni İranın nüvə proqramı mülki məqsədlər daşıyır və elə də qalmağa davam edəcək. «ABŞ prezidenti güclüdür, amma anlaşmanı ləğv edəcək dərəcədə yox».

MAQATE-də İranı dəstəkləyən açıqlama ilə çıxış edib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanao bildirib ki, İran hökuməti nüvə proqramının məhdudlaşdırılması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri icra edir.

Avropa Birliyi xarici siyasət komissarı Federika Moqerini

Avropa Birliyi xarici siyasət komissarı Federika Moqerini
Paylaş:
Загрузка...