DÜNYA

İranlı komandan: Nüvə enerjisi ilə çalışan mühərriklərə ehtiyacımız var

İran Hərbi Dəniz Qüvvələri (HDQ) sualtı qayıqları  üçün nüvə enerjisi ilə çalışan mühərriklərin əldə edilməsini zəruri sayır.

Panorama.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hanzadi bəyan edib.

Bu vəzifəyə təyinatından sonra ilk dəfə mətbuata açıqlama verən admiral Hanzadi deyib ki, sualtı qayıq aşkarlanmadığı müddətdə mövcuddur və yeri müəyyənləşdirilən andan artıq mövcud sayıla bilməz. Admiral İranın dəniz altında maraqlarının qorunması üçün mütləq nüvə yanacağı ilə çalışan mühərrikə ehtiyacı olduğunu vurğulayıb.

Paylaş:
Загрузка...