DÜNYA

İŞİD 4 yaşlı şahzadəni hədələdi — İNGİLTƏRƏ ŞOKDA

İŞİD terror qruplaşması Böyük Britaniyanın 4 yaşlı şahzadəsini hədələyib.

«Ölkə.Az» xəbər verir ki, «Telegram» şəbəkəsində yayımlanan mesajda şahzadənin məktəb ünvanı və «Məktəb tez başlayır»-yazısı olub.

İngiltərə mətbuatının xəbərinə görə terrorçuların hədə-qorxu mesajında «Kral ailəsi də bizdən qurtula bilməz»-yazısı olub.

Məsələ isə məktəbin ətrafında yaşayan sakinlərin qorxusuna səbəb olub.

Təhdid mesajında ərəb dilində bir cihad mahnısının sözləri də olub: «Müharibə güllələrin melodiyası ilə gələndə inancsızlığa alçalıb intiqam arzulayacağıq»-sözləri də yer alıb. İstintaq davam edir. Kral ailəsi heç bir açıqlama vermir.

Paylaş:
Загрузка...