DÜNYA

İsrail əsgərlərinə yumruq atan «Fələstinli cəsur qız» həbs edildi

İsrail əsgərləri 16 yaşlı fələstinli qızı həbs edib.
Kolgemedia.az xəbər verir ki, İsrail əsgərlərilə mübarizədə xüsusi cəsarət göstərən Ahed et-Təmimi bu gün Ramallah şəhərində ailəsilə yaşadığı evdən aparılıb.
Fələstin Xalq Müqavimət Komitələrindən biri olan fəal Hilmi et-Təmimi israilli əsgərlərin bu səhər Ahed et-Təmiminin  yaşadığı evə basqın təşkil etdiyini və evi axtardıqdan sonra Ahedi həbs etdiyini qeyd edib.
Təmimi əsgərlərin Ahedi apardıqları yer haqqında məlumat vermədiyini bildirib.
Ahedin həbs edilmə səbəbi hələ bilinmir. İsrail mediası dünən Ahedin israilli əsgərləri evinin önündən qovduğu görüntüləri dərc edib.
«Fələstinli cəsur qız» kimi tanınan Ahed 2012-ci ildə qardaşı həbs edilərkən İsrail əsgərlərinə qarşı cəsarətli davranış sərgilədiyinə görə,  İstanbulda «Hanzala Cəsarət Mükafatı»na layiq görülüb.
Paylaş:
Загрузка...