DÜNYA

Kabildə partlayış — 18 ölü

Bu gün Əfqanıstanın paytaxtı Kabildə qəbiristanlıqda baş verən bir neçə partlayışda 18 nəfər ölüb.

«Panorama»nın Trend-ə istinadən məlumatına görə, partlayışlar Kabildə etirazlarda həlak olanlardan birinin dəfni zamanı törədilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Kabildə prezident sarayında baş verən partlayışda 100 nəfər ölmüş, 600 nəfər yaralanmışdı. Bundan sonra isə paytaxtda ölkə prezidenti Əşrəf Qaninin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir.

Paylaş:
Загрузка...