DÜNYA

Kataloniya müstəqilliyini elan etdi

İspaniyanın Kataloniya Muxtar Əyalətinin parlamenti birtərəfli qaydada əyalətin müstəqilliyini elan edib.

Оxu.Az bu barədə TASS-a istinadən  xəbər verir.

Kataloniyanın müstəqilliyinin elan edilməsi ilə bağlı parlamentdə səsvermə keçirilib.

Məlumata görə, içəridə səsvermə gedən zaman müstəqillik tərəfdarları təhlükəsizlik baxımından parlamentin binasını mühasirəyə alıblar.

Rəsmi Madrid qərara hələlik münasibət bildirməyib.

Paylaş:
Загрузка...