DÜNYA

Kataloniya rəhbəri ölkədən QAÇDI

Barəsində cinayət işi açılan Kataloniya Muxtar Əyalətinin keçmiş lideri Karles Puçdemonun ölkədən qaçması ilə bağlı informasiya yayılıb.

Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, İspan mətbuatı K.Puçdemonun rəsmi instaqram səhifəsindən paylaşdığı fotodan sonra onun ölkədən qaçaraq Brüsselə sığındığını yazıb.

Belçikanın baş naziri Şarl Mişel yayılan xəbərlərə cavab olaraq deyib ki, Belçika daha əvvəl də K.Puçdemona sığınacaq verəcəyini bildirmişdi: «Məsələni daha da qızışdırmaq lazım deyil. Belçika hökuməti Kataloniya muxtariyyətinin keçmiş rəhbərinin sığınacaq istəməsilə bağlı müraciətini təmin edəcək. İspaniya Karlesin ekstradisiyası barədə qətiyyən düşünməsin».

Paylaş:
Загрузка...