DÜNYA

Lavrov: «Türkiyənin Afrin əməliyyatının əsas səbəbi…»

Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriyadakı birtərəfli hərəkətlərindən qəzəblənən Türkiyənin Afrinə daxil olması ilə bağlı ABŞ-a maraqlı ismarıc göndərib.

Publika.az xəbər verir ki, Rusiyanın yerli mətbuat orqanlarına müsahibə verən XİN rəhbəri Sergey Lavrov mövcud vəziyyətlə bağlı Rusiyanın narahatlığına aydınlıq gətirib:

“Bir çox politoloqlar bizim nə üçün narahat olduğumuzu soruşur. Biz heç nə demirik, qoy ABŞ öz razılığa gələ bilməmək qabiliyyətlərini, İran, yaxud Suriyadakı kimi dünya işlərində dağıdıcı rolunu sübut etsin. ABŞ-ın Suriyadakı birtərəfli hərəkətləri artıq Türkiyəni qəzəbləndirib”.

Türkiyənin Afrin əməliyyatına da toxunan Sergey Lavrov qeyd edib ki, Türkiyənin Afrinə daxil olmasının arxasında daha başqa səbəblər dayanır:

«Türkiyənin Afrin əməliyyatının başqa səbəbləri var. Onlardan biri də terror təhlükəsidir, digər və daha önəmli səbəb isə ABŞ-dır. Amerikanın Suriyada apardığı təktərəfli əməliyyat və addımlar Türkiyəni kifayət qədər narahat edib».

Müsahibənin sonunda Lavrov, Amerikanın Rusiyanın xarici siyasətindən narahat olduğunu bildirərək, tətbiq etdiyi sanksiyaları «ümidsiz oyun» adlandırıb.

Paylaş:
Загрузка...