DÜNYA

Litva Norveçdən 110 milyon avroluq hərbi texnika alır

«Litva Norveçdən NASAMS hava hücumundan müdafiə sistemi alır».

«Panorama.az» Litvanın «Obzor» nəşrinə istinadən xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Raymundas Karoblis mətbuata açıqlama verib.

Müdafiə naziri bildirib ki, Norveçdən NASAMS hava hücumundan müdafiə sisteminin alınması 110 milyon avroya başa gələcək:

«Bu alğı-satqı daha əvvəl planlaşdırılırdı, ancaq indi həyata keçirildi», — deyə nazir əlavə edib.

Yüksək rübtəli hərbçilərdən əldə edilən məlumata görə, alınan müdafiə sistemi iki batareyanı təchiz edəcək. Ancaq sistemlərin dəqiq sayı barədə məlumat verilmir. Sisteminin alınması Litvanın hava hücumundan müdafiə sistemini daha da möhkəmləndirəcək. Ümumiyyətlə, hava hücumundan müdafiə Baltika ölkələrinin ən zəif yerlərindən biridir. Litva, Latviya və Estoniya yalnız yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinə sahibdirlər. Onlar da maksimim 3-5 kilometr ərazidə yerləşən hədəfləri vurma qabiliyyətlidirlər. Norveç istehsalı olan raketlər isə 10-15 km yüksəklikdə olan hədəfləri məhv edə bilir.

Baltikyanı ölkələrin hava hücumundan müdafiəsi üçün ən yaxşı uzaq mənzilli «Patriot» raketləri lazımdır. Baltika ölkələri daha əvvəl orta mənzilli ZRK-ların birgə alınma imkanlarını müzakirə etsələr də, ancaq bu planı həyata keçirmək mümkün olmadı. Bu ölkələr arasında tək Litva bu tipli raketləri alır», -deyə  «Obzor» nəşri qeyd edib.

Qeyd edək ki, NASAMS hava hücumundan müdafiə sistemi Norveç Silahlı Qüvvələrinin arsenalında 2000-ci ildən etibarən yer almaqdadır.

Paylaş:
Загрузка...