DÜNYA

Lotereyada bir gündə iki dəfə qalib oldu — 1 milyon dollar uddu

ABŞ vətəndaşı bir gündə iki dəfə lotereyada qalib olub.

Trend-in məlumatına görə, Şimali Karolina sakini «Diamond Dazzler» lotereya biletindən 10 min dollar qazanır. 3 uşaq anası olan Kimberli Morris deyir ki, o, həmişə lotereyadan milyon qazanmaq arzusunda olub. Bu arzusu da elə həmin gün reallaşıb. 10 min dollarlıq uduşunu götürüb qayıdarkən yolda yenidən həmin lotereyadan alır və elə o gün də lotereya bileti Morrisə 1 milyon dollar qazandırır.

Ona həmin məbləği tam olaraq 20 il ərzində hissə-hissə, yaxud da vergi ödəməklə birdəfəlik götürmək təklif edilir. İkinci variantı qəbul edən Kimberli Morris vergi ödədikdən sonra 450 min dollarla evinə qayıdır.

Paylaş:
Загрузка...