DÜNYA

Məşhur din xadimindən ŞOK İDDİA: “Cənnət müjdəsini aldım”

İctimaiyyətdə “Cübbəli Əhməd hoca” kimi tanınan Əhməd Mahmud Ünlü cənnətə gedəcəyini elan edib.

Publika.az xəbər verir ki, o, bu xəbərin yuxusuna gələn bir müəllimi tərəfindən müjdələndiyini deyib.

Cübbəli Əhməd müəlliminin ona 3 dəfə “Cübbəli cənnətlikdir” dediyini bildirib:

“Mənim bir müəllimim var. Mən həbsə girəndə gedib ona nələrisə deyiblər. O da yuxu ilə gerçəklik arasında olarkən 3 dəfə “cübbəli cənnətlikdir” qışqırıb. Bu nədir? Bu müjdədir. Bunu mənim eşitməyim də bir müjdədir. Dünyadakı müjdə yuxudur”.

Paylaş:
Загрузка...