DÜNYA

Maltalı jurnalist neftə görə öldürülüb

Maltalı jurnalist Dafne Karuana Qalisiyanın qətli onun Liviyadan Avropaya neft qaçaqmalçılığı ilə bağlı apardığı təhqiqatla bağlı ola biıər. Virtualaz.org xəbər verir ki, bu barədə İtaliya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Rai News 24” telekanalı bildirib.

Kanal xatırladır ki, ötən həftə Kataniya (Siciliya adası) prokurorluğunun orderi üzrə doqquz nəfər – mafiya ilə əlaqəli liviyalılar, italiyalılar və iki maltalı, o cümlədən Malta milli futbol komandasının keçmiş müdafiəçisi Darren Debono həbs ediliblər və ev dustaqlığına məhkum olunublar. Futbolçunun qeyri-qanuni şəbəkənin təşkilatçısı olduğu deyilir.

İşlənmiş sxemə əsasən, Liviyanın yataqlarından oğurlanan neft yerli səhra komandirlərinin köməyi ilə katerlərlə tankerlərə çatdırılır, sonradan yanacaq Maltada başqa gəmiyə boşaldılır və ən nəhayət, İtaliya limanlarına gətirilərək neft emalı zavodlarına satılırmış. Qaçaq neft İtaliyada və bir sıra Avropa ölkələrində satılıb. İtaliya tərəfinin istintaq sənədlərində söhbət ümumi dəyəri 30 milyon avro olan 80 min ton neftdən gedir.

Ofşor hesabların araşdırılması ilə məşğul olan Qalisiya Panama sənədlərini təhqiq edərkən dəfələrlə Malta vasitəsilə Liviya neftinin qeyri-qanuni satışını ifşa edib. Jurnalist qeyd edirdi ki, Maltada son vaxtlar bu bizneslə bağlı olduğu bildirilən bir neçə nəfər qətlə yetirilib.

Paylaş:
Загрузка...