DÜNYA

Məkkədə yanğın olub — 391 zəvvar təxliyə edildi

Səudiyyə Ərəbistanının Məkkə şəhərində 391 zəvvarın qaldığı oteldə yanğın baş verib.

AzVision.az-ın məlumatına görə, yanğın hindistanlı zəvvarların qaldığı 7 mərtəbəli otelin 7-ci mərtəbəsində qeydə alınıb. Təhlükəsizlik məqsədilə zəvvarlar təxliyə edilib.

Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Paylaş:
Загрузка...