DÜNYA

Moskvada fövqəladə vəziyyət rejimi tətbiq edildi

«An-148» tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiyanın Moskva vilayəti ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Publika.az «RİA Novosti»yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in regional idarəsinin məlumatında bildirilir.

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb.

Paylaş:
Загрузка...