DÜNYA

Moskvadakı təyyarə qəzası kameraya düşdü — VİDEO

Rusiyanın paytaxtı Moskva kənarında qəzaya uğrayan «An-148» sərnişin təyyarəsinin qəza anı ətrafda yerləşən evlərdən birinin kamerasına düşüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, «Youtube»a yerləşdirilmiş videoda təyyarənin yerlə toqquşma anı və partlayışın baş verməsi görünür.
Qeyd edək ki, havalanandan bir neçə dəqiqə sonra baş vermiş qəzaya səbəb əlverişsiz hava şəraitini, texniki nasazlıq göstərilir. Qəza zamanı təyyarədəki 65 sərnişin və 6 ekipaj üzvü ölüb. Ölənlər arasında Azərbaycan əsilli Namiq Qəhrəmanov da olub.

Paylaş:
Загрузка...