DÜNYA

Müəllim qardaşına hərfləri öyrətməyə «E» hərfindən başladığı üçün onu bıçaqladı

«Oxumağı öyrətməyə niyə «a» deyil, «e» hərfindən başlayırsınız?» deyən valideyn müəllimi bıçaqlayıb.

GoldNews.Az xəbər verir ki, İzmirin Bornova rayonundakı Batıçim ibtidai məktəbində şagirdlərin dərsdən çıxdığı saatlarda məktəbə gələn Ömər Sipahi qardaşını aparmağa gəldiyini söyləyərək məktəbin həyətinə daxil olub.

Bir müddət gözləyən Ömər zəngin çalınmasının ardından məktəbdən çıxan sinif müəllimi Namiq Gencayı kürəyindən bıçaqlayıb. Yaralanan müəllim təcili tibbi yardım maşınıyla Egey Dənizi Universitetinin Xəstəxanasına yerləşdirilib.

Təhlükəsizlik kameralarının araşdırılması nəticəsində kimliyi aşkar edilən şübhəlinin birinci sinifə gedən qardaşı ilə bağlı tez-tez məktəbə gəldiyi və müəllimlərlə mübahisə etdiyi ortaya çıxıb.

Hadisə günü də məktəbə gələrək «Qardaşım birinci sinifə gedir. Burada tədris yoxdur. Qardaşımı bu məktəbdən çıxaracağam. Savad öyrətməyə «e» hərfindən başlanarmı? Niyə «a» hərfindən başlamırsınız? siz hansı formada təhsil verirsiniz?» dedikdən sonra müəllimi bıçaqlayıb.

Xoşbəxtlikdən müəllimin həyatını xilas etmək mümkün olub. Şübhəli Ömər Sipahinin bu hadisədən üç gün əvvəl də market quldurluğuna qarışdığı və polis tərəfindən axtarıldığı ortaya çıxıb.

Paylaş:
Загрузка...