DÜNYA

NATO kortejinə bombalı hücum edilib

Əfqanıstanın Parvan vilayətində ABŞ-ın ən böyük hərbi hava bazası “Bəqram”da NATO kortejinə bombalı hücum təşkil edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobil kortejin yanında partladılıb.

Hadisə nəticəsində NATO hərbiçilərindən ölən və yaralıların olub-olmadığı barədə açıqlama verilməyib. Lakin, 3 vətəndaşın yaralandığı bildirilir.

Hücumun məsuliyyətini “Taliban” terror təşkilatı öz üzərinə götürüb.

Paylaş:
Загрузка...