DÜNYA

Nazir vətəndaşlıqdan çıxır

Belçikada dövlət naziri olan Zuhal Demir Türkiyə vətəndaşlığından ayrılacağını açıqlayıb. Belçika hökumətində bərabərlikdən məsul dövlət naziri Zuhal Demir Türkiyə vətəndaşlığından çıxmaq üçün hərəkətə keçib.

İstiPress «Haberturk»ə istinadla xəbər verir ki, Belçika hökumətində bərabərlikdən məsul dövlət naziri olan irqçi «N-VA» partiyasının üzvü Zuhal Demir bununla bağlı açıqlama verib.

O, deyib ki, «Türkiyə mənim üçün ən yaxşı tətil ölkəsi olaraq qalacaq, lakin, Türkiyə vətəndaşlığı mənim üçün artıq uyğun olmaqdan çıxdı».

1980-ci il martın 2-də Belçika doğulan Zuhal Demir vəkil diplomuna sahibdir və irqçi «Flaman» partiyasının üzvüdür. 24 fevral 2017-ci il tarixindən bəri Belçika hökumətində bərabərlikdən məsul dövlət naziri olaraq vəzifə yerinə yetirir.

Paylaş:
Загрузка...