DÜNYA

“Ölüm” adında “İnstagram” hesabı açdılar — Hədəf isə gənclərdir — FOTO

Sosial mediada bunu da gördük. “Ölüm” adında “İnstagram” hesabı açıldı.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Yeni Zelandiya hökuməti ölkədə hər il 100-dən çox insanın həyatını itirməsinə yol açan boğulma hadisələrinə diqqət çəkmək məqsədi ilə qeyri-adi layihəyə imza atıb.

Belə ki, sosial media platrofması olan “İnstagram”da “The Swim Peaper” adıyla “Ölüm” hesabı açıblar.

Diqqətsiz üzmək, sərxoş vəziyyətdə dənizə girmək və buna bənzər məsuliyyətsiz davranışlardan dolayı dənizdə boğulmalara səbəb olduğunu yumorla izah edən hesabın qəhrəmanı qara geyimi və orağı ilə qorxutsa da əyləncəli duruşu ilə hər kəsi güldürür. Voleybol oyanayarkən, kitab oxuyarkən və ya dondurma yeyərkən insanların rast gəldiyi “ölüm”ün 77 min izləyicisi var.

Səlahiyyətli şəxslər əyləncəli təbliğatla gəncləri maarifləndirməyi hədəf alıblar.

Paylaş:
Загрузка...