DÜNYA

Ölümsüz ad, müəmmalı 21 rəqəmi, bir-birindən xəbərsiz əkizlər — TÜKÜRPƏDƏN TƏSADÜFLƏR — FOTOLAR

Təsadüflər zərurətdən doğur. Həyatda təsadüfllərə inanan və inanmayan insanlar çoxdur. Bəs siz necə, təsadüflərə inanırsınız? Əgər inanmırsınızsa, bu yazını oxuduqdan sonra fikirləriniz 180 dərəcə dəyişə bilər.

Publika.az oxucularını düşündürəcək maraqlı təsadüflərlə dolu faktları təqdim edir:

Ölümsüz ad — Hyu Vilyams

1664-cü il dekabr ayının 5-də Uels sahillərində bir gəmi batır və içərisində olan 81 sərnişindən yalnız biri sağ qalır. Həmin şəxs isə Hyu Vilyams olur. Bununla da bitmir. Hadisədən nə az, nə çox, düz 121 il keçdikdən (1785) sonra Uels sahillərində daha bir gəmi batır və yenə yalnız bir nəfər sağ qalır. Həmin şəxsin adı da Hyu Vilyams olur. Daha 75 il sonra, 1860-cı ilin dekabr ayının 5-də Uels sahillərində batan kiçik qayıq içərisində olan sərnişinlərdən birinin adı Hyu Vilyams olur. Və o yenə sağ qalan yeganə şəxs olur. Ən qatı materialistlər belə illərdir bu sirli təsadüflərdən baş aça bilmir. Bu sizcə təsadüfdür, yoxsa tale?

Mark Tven və Qalley kometi

Yazıçı Mark Tven 30 noyabr 1835-ci ildə — ilk dəfə Qalley kometi yerin ən yaxın məsafəsindən keçən gün dünyaya gəlib. Yazıçı sağlığında dəfələrlə bu hadisəni yada salaraq, öz ölümü haqqında belə demişdi: “Mən ilk dəfə Qalley kometası yerə yaxınlaşanda dünyaya gəlmişəm və gələn il həmin komet ilə birlikdə dünyadan köçəcəm». Təsadüfə bax ki, elə də olur. Mark Tven 1910-cu il komet növbəti dəfə Yerin yaxınlığından keçdiyi gün vəfat edir.

Kral və restoran sahibi

Hadisə 1900-cü ilin iyun ayında İtaliyada baş verib. İtaliya kralı Umberto Monza şəhərində fəaliyyət göstərən bir restoranda nahar etmək qərarına gəlib. Nahar kralın xoşuna gəlir və o, bu restoranın sahibi ilə maraqlanır. Məlum olur ki, restoran sahibinin adı kralla eynidir — Umbertodur. Bundan başqa, hər iki şəxs eyni gündə anadan olub (14 mart 1844-cü il), eyni gündə evlənib və həyat yoldaşlarının adı (Marqarita) belə eyni olub. Restoran isə İtaliya kralı Umbertonun tac qoyma mərasimi günü açılıb. Bu qədər təsadüfdən heyrətə gələn kral sabah restoran sahibi olan adaşını saraya dəvət etsə də, onlar heç vaxt üz-üzə gələ bilməyiblər. Həmin günün səhəri Umberto vəfat edir. Kral Umberto adaşının ölümünə təəssüflənməyə belə vaxt tapmır ki, terrorçular tərəfindən sui-qəsdə uğradılaraq öldürülür. Hər iki Umbertonu görən şəxslər iddia edir ki, onlar xarici görünüşdən belə bir-birlərinə çox bənzəyiblər.

Kitab sahibini tapdı

Amerikalı yazıçı Enni Perriş 1920-ci ildə Parisdə istirahət edərkən kitab mağazasında sevdiyi uşaq kitabı “Cek Frost və başqa hekayələr”i ilə qarşılaşır və onu alır. Köhnə kitabı satın alaraq ərinə göstərən Enni kiçik yaşlarında bu kitabı çox sevərək oxuduğunu deyir. Əri kitabı alıb baxdığında ilk səhifədə gördüyü yazı onu heyrətləndirir. Kitabın ilk vərəqində “Enni Perriş, 209 H. Uebberstrit, Kolorado Sprinqs” yazısı olur. Yazıçı uşaqlıqdan bəri itirdiyi kitaba illər sonra təsadüf nəticəsində yenidən sahib olur.

Kral Luis üçün uğursuz olan 21 rəqəmi

Fransa Kralı 16-cı Luis uşaqkən bir astroloq ona hər ayın 21-i özünə diqqət etməsini tapşırır. Luis isə bu hadisədən o qədər çox təsirlənir ki, hər ayın 21-ci günü bütün işləri, gəzintiləri, səfərləri, müharibələri rədd edir. Ancaq bir gün ehtiyatı əldən verir. O gün isə 21 iyun 1791-ci ilə təsadüf edir. Həmin gün Fransız İnqilabından sonra ölkədən qaçmağa çalışan Kral Luis kraliça ilə birlikdə Varennesdə saxlanılaraq həbs olunub. Daha sonra 21 sentyabr 1791-ci ildə Fransa Respublika elan edildi. Ən sonda isə Kral 16-cı Luis 21 yanvar 1793-cü il tarixində işgəncələrə məruz qalaraq öldürüldü.

Qatardakı yad adamlar

1920-ci ildə qatarda eyni kupedə üç ingilis səyahət edirdi. Tanışlıq zamanı qəribə bir təsadüf ortaya çıxır: sərnişinlərdən birinin soyadı Binkhem, ikincisinin soyadı Pauell, üçüncüsünün soyadı isə Binkhem-Pauell idi. Onların bir-biri ilə heç bir qohumluq əlaqəsi yox idi.

Paylaş:
Загрузка...