DÜNYA

Özcanın toyu bu səhnələrə görə təxirə düşə bilər — Video

Özcan Dənizin hamilə sevgilisi Feyza Aktan «Öteki taraf» filmindəki öpüşmə səhnələrini izlədikdən sonra əsəbiləşib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 4 aylıq hamilə olan Feyza Dənizlə həmin səhnələrə görə dalaşıb.

Bu barədə açıqlama verən Özcan sevgilisinin hamilə olduğu üçün belə bir reaksiya verdiyini söyləyib:

“Feyza hamilə olduğu üçün həssasdır. Onu bunun bir iş olduğuna inandıra bilmirəm”.
Qeyd edək ki, baş rollarında Özcan Dəniz, Məryəm Üzərli və Aslı Enverin çəkildiyi «Öteki taraf» filmi cəsur səhnələri ilə diqqət çəkib.

8 dekabrda nümayiş olunacaq ekran işində Məryəm və Özcanın öpüşmə səhnələri indidən müzakirə obyektinə çevrilib.

Xatıqladaq ki, Ö.Dəniz bir ildir birlikdə olduğu sevgilisi F.Aktanla bu yaxınlarda nikah masasına oturmağı düşünür.

Paylaş:
Загрузка...