DÜNYA

Pentaqon rəhbərindən SƏRT SÖZLƏR: Zərbələri…

ABŞ müdafiə naziri Ceyms Mettis Şimali Koreya rəhbərliyinə xəbərdarlıq edib ki, onun sürətlə inkişaf edən nüvə proqramı ölkənin təhlükəsizliyini möhkəmləndirməyəcək, əksinə, zəiflədəcək.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Pentaqon rəhbəri Şimali Koreyanın nüvə ölkəsi olması ilə heç vaxt barışmayacaqlarını bildirib: “İllüziyalara qapılmayın. ABŞ-a və ya bizim müttəfiqlərimizə istənilən hücum dəf ediləcək. Nüvə silahının tətbiqi cəhdi effektiv və dağıdıcı cavab zərbələri ilə müşayiət olunacaq”.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mayk Pompeo Şimali Koreyanın nüvə proqramının artıq tezliklə ABŞ-a zərbə endirməyə imkan verəcək səviyyədə olduğunu açıqlayıb.
Paylaş:
Загрузка...