DÜNYA

Polşa prezidenti Qafqazdakı münaqişələr haqda

Postsovet məkanında münaqişələr müstəqillik və dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməlidir.

Virtualaz.org bildiri ki, bunu Polşa prezidenti Ancey Duda Krınitsdakı iqtisadi forumda çıxış edərkən deyib.

Ancey Duda bu münaqişələrin nizama salınması üçün Qərbi daha çox və daha qətiyyətlə hərəkət etməyə çağırıb.

«Biz bizim birliyimizi dağıtmağa icazə verməməliyik. Avropa öz inkişafının çox mürəkkəb yolunu keçib, buna görə bizə öz maraqlarımızı ciddi müdafiə etmək lazımdır. Ukraynada və Qafqazda münaqişələr, birmənalı olaraq Avropanın marağında deyil, buna görə biz bu problemlərin həllində aktiv iştirak etməyə məcburuq”, — prezident deyib.

Polşa prezidenti Avropa Birliyindəki bürokratiyanı da tənqid edib və bildirib ki, ölkələrə bu və ya digər məsələni həll etmək üçün illər lazım olur.

Paylaş:
Загрузка...