DÜNYA

Porno ulduz Putinə rəqib oldu — FOTOLAR

Daha bir qadın Rusiya prezidentliyinə namizədliyini açıqlayıb. «Qaynarinfo» xəbər verir ki, hazırkı prezident Vladimir Putinin növbəti rəqibi porno ulduz olub.
Belə ki, Yelena Berkova gələn il keçiriləcək seçkilərdə namizəd olacağını açıqlayıb. O, bu barədə «Instagram» səhifəsində yazıb.
Yelena Berkova alt paltarında çəkdiyi müraciətində bildirib ki, geyiminə qarşı senzura tətbiq edəcək, həmçinin platformasında seksual proqqram, yoxsulluq vergisi olacaq, kiçik biznesə faizsiz kredit veriləcək, övladlığa götürmə ilə bağlı qanunlar tətbiq olunacaq. Bundan sonra övladlığa uşaq götürmək üçün tibbi, hüquqi və psixoloji icazə tələb ediləcək. Seksual zorakılığa görə ölüm hökü bərpa olunacaq.
Qeyd edək ki, bundan əvvəl teleaparıcı Yekaterina Qordon və aktrisa Kseniya Sobçak da prezidentliyə namizədliyini açıqlayıb.








Paylaş:
Загрузка...