DÜNYA

Prezidentin makiyaj xərcləri narazılığa səbəb oldu — 26 000 avro

Fransa prezidentlərinin makiyajlarına nə qədər pul xərclənir?

Panorama.az xəbər verir ki, «Facebook» sosial şəbəkəsində bu sualla bağlı maraqlı paylaşıb dərc olunub.

Franceblog.az-ın verdiyi məlumata görə, Fransanın vergi ödəyiciləri Emmanuel Macron-un ölkə prezidenti vəzifəsində çalışdığı 3 ay ərzində makiyaj xidmətlərinə görə dövlət büdcəsindən ödənilmiş xərclər barədə xəbəri qəzəblə qarşıladılar: «Xərclərin məbləği 26 000 avro təşkil etmişdi. İctimaiyyətin narazılığına cavab olaraq, Elysee sarayının nümayəndələri həmin məbləğin azaldılması istiqamətində ciddi tədbirlərin görülməsini vəd etdilər». Qeyd edək ki, Fransanın sabiq prezidentlərinə Francois Hollande və Nicolas Sarkozy-yə daimi xidmət göstərən makiyaj mütəxəssislərinə dövlət büdcəsindən müvafiq olaraq 6 000 və 8 000 avro məbləğində dövlət büdcəsindən əmək haqqı ödənilirdi.

Paylaş:
Загрузка...