DÜNYA

Putin Ramzan Kadırovun Myanma ilə bağlı dediklərini şərh edib

Hər bir insanın şəxsi fikri var və Çeçenistan başçısı Ramzan Kadırovun Myanmadakı hadisələrlə bağlı fikirlərində heç bir müxaliflik yoxdur. Virtualaz.org RT-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“O ki qaldı Rusiya vətəndaşlarının dövlətin xarici siyasəti ilə bağlı fikirlərinə, hər bir insanın şəxsi fikri və bunu bildirməyə hüququ var”, — Putin bəıyan edib.

Prezident əlavə edib ki, bunun insanın vəzifəsi ilə heç bir asılılığı yoxdur.

Çində BRİKS sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında sualları cavablandıran Putin bildirib: “İnandırıram ki, Çeçenistan rəhbəri tərəfindən heç biur fronda (müxaliflik – red.) yoxdur, xahiş edirəm, hamı sakitləşsin, hər şey qaydasındadır”.

Paylaş:
Загрузка...