DÜNYA

Putindən NATO-ya SƏRT SÖZLƏR

Rusiya Federasiyasının prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb.
«Report»un məlumatına görə, dövlət başçısının rejissor Oliver Stouna müsahibəsini «Politico» nəşri yayıb.
Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. «Bu gün o, (NATO — «Report») ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var» – deyə prezident qeyd edib.
Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi – lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir.
«Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa – raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri» – deyə Rusiya lideri əlavə edib.

Paylaş:
Загрузка...