DÜNYA

Putinin bir-birindən cazibədar qızları – FOTOLAR

Putinlə bir balaca maraqlananlar bilir ki, Rusiya prezidentinin şəxsi həyatı mediada çox da işıqlandırılmır. Lakin Rusiya mətbuatına Putinin şəxsi həyatı və övladları barədə bilgi sızdırılıb.

Həmin məlumatlara əsasən, Putinin iki qızı var. Üstəlik ikisi də bir-birindən gözəldir.

A24.Az Rusiya prezidentinin qızları Yekatrina və Mariya Putina haqqında məlumatları sizə təqdim edir:

Yekatrina Putina

Yekatrinanın 31 yaşı var. Moskva- Alman məktəbində təhsil alıb. Akrobatik rəqs mütəxəssisidir. 2013-cü ildə 35 yaşlı Kirill Şamalovla evlənib. Kirill “Rossiya” Bankın ortağı Nikolay Şamalovun oğludur. Putinin kürəkəni həm də “Sibul” Holdinqin baş vəkildir.

Yekatrina və Kirill olduqca varlı cütlük sayılır. Reutersin 2015-ci ildə yaydığı məlumata əsasən, cütlüyün 2 milyard dollarlıq sərvəti var.

Təcrübəli rəqqasə olan Yekatrina Moskva Dövlət Universitetində Milli İnkişaf Mərkəzinin  rəhbəridir. Bundan başqa, o, həmin universitetdə elm mərkəzini də idarə edir.

Mariya Putina

32 yaşlı Mariya Sankt-Peterburq Universitetində təhsil alıb. İxtisasının nə olduğunu heç kəs bilmir. Bəzi məlumatlarda Mariya Putinanın Sankt-Peterburda bəzilərində isə Hollandiyada yaşadığı deyilir.

“Newsweek”in xəbərinə görə, Putina Hollandiyanın Haaqqa şəhərindəki luks evini 3 milyon dollara satışa çıxarıb.

Putinin ilki Mariya hollandiyalı Jorrit Faassen ilə evlidir. Faassen Haaqqa Universitetində təhsilini başa vurduqdan sonra Qazprom şirkətində rəhbər vəzifədə işləməyə başlayıb.

Paylaş:
Загрузка...