DÜNYA

Qəzada ölənlərdən 2-si hamilə imiş, 4-ü toy edəcəkdi — FOTO

Ötən gün «Başaran Holdinq»in rəhbəri Hüseyn Başarana məxsus «Bombardier Challenger 600» təyyarəsinin İranda qəzaya uğraması barədə məlumat vermişdik.
BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış. Mine Başaran təyyarəyə minməzdən əvvəl rəfiqələri ilə birlikdə selfi çəkib, sosial şəbəkədə yayıb. Qəza nəticəsində sağ qalan olmayıb.
Panorama.az Milli.Az-a istinadla xəbər verir ki, qəzada ölənlər barədə yeni məlumatlar əldə edilib.
Məlumata görə, qəzada ölənlərdən 4-ü tezliklə ailə quracaqdı, 2-si isə hamilə idi. Belə ki, Mina Başaran apreldə, Zeynəb Coşqun, Ayşə And və Sinam Akay yayda toy etməyə hazırlaşırdı.  Burcu Gündoğar Urfalı və Jasmin Baruh Siloni isə hamilə idi.
Qeyd edək ki, ölənlərdən biri psixoloq, digəri isə «Mavi jeans» şirkətinin keçmiş sahibinin qızı olub.

 

Paylaş:
Загрузка...