DÜNYA

Qadın aparıcı verilişdə tamaşaçılara seksdən sual verdi — Həbs edildi

Aparıcı canlı yayımda qadağan olunmuş mövzu haqqında danışdığı üçün 3 il azadlıqdan məhrum olunub.

GoldNews.Az xəbər verir ki, Doaa Slaah Misirdə son dərəcə məşhur bir televiziya aparıcısıdır. Slaahın həyatı canlı yayımda dediyi sözlər ucbatından məhv olub.

Misirdəki «Al Manar» televiziyasında diktor olan Doaa Salah tamaşaçılardan evlənməzdən əvvəl başqa biri ilə cinsi əlaqəyə girməyi düşünüb-düşünmədiklərini soruşub.

Misirdə haqqında dava açılan diktor günahkar hesab edilib.

3 il həbs cəzasına məhkum edilən qadın 10 min Misir funt-sterlinqi məbləğində cərimə də edilib.

Məhkəmədə həmin çıxışlarda yer alan «misirlilərin həyatı tərzini təhdid etməsi» ifadəsi ittiham kimi göstərilib.

Paylaş:
Загрузка...