DÜNYA

Qardaşa görə bacını kənddə çılpaq gəzdirdilər

Pakistanda yeniyetmə qızı kənd küçələrindən çılpaq keçmə vadar etmiş 8 kişi həbs olunub. Onlar qardaşın əməlinə görə bacıdan «qisas» alıblar.

Milli.Az The Independent-ə istinadən bildirir ki, olay Pakistanın şimal-qərbindəki Xeybər-Pahtunxva vilayətində Dera İsmayıl Xan bölgəsində yaşanıb. Kəndin cənubundakı bulağa su dalınca getmiş 16 yaşlı qızı tutan kişilər onu soyundurublar və tam bir saat ərzində kənd küçləri ilə çılpaq yeriməyə məcbur ediblər.

Polisdən verilən məlumata görə, 8 kişi bu minvalla qızı üç il əvvəl onların qohumu olan qızla görüşən qardaşına görə «cəza»landırıb.

Kənd şurasının qərarına görə, 16 yaşlı qızın qardaşı görüşdüyü və evlənmək istədiyi qızın ailəsinə 250 min Pakistan rupisi məbləğində təzminat ödəmişdi. Lakin 8 kişi bunu yetərsiz sayıb.

Paylaş:
Загрузка...